https://news.day.az/azerinews/1857300.html TƏBİB regionlarda həkim çatışmazlığını azaltmaq üçün əlavə maliyyə dəstəyi tətbiq edəcək - Anar Bayramov Həkim çatışmazlığı müşahidə olunan bölgələrdə tibb mütəxəssislərinin fəaliyyətinin stimullaşdırılması məqsədilə yeni maliyyə mexanizmi tətbiq olunacaq. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Anar Bayramov mətbuat konfransında açıqlayıb.

TƏBİB regionlarda həkim çatışmazlığını azaltmaq üçün əlavə maliyyə dəstəyi tətbiq edəcək - Anar Bayramov

Azərbaycanca, 2 сентября 2026 11:44 (UTC +04:00) 207
TƏBİB regionlarda həkim çatışmazlığını azaltmaq üçün əlavə maliyyə dəstəyi tətbiq edəcək

Həkim çatışmazlığı müşahidə olunan bölgələrdə tibb mütəxəssislərinin fəaliyyətinin stimullaşdırılması məqsədilə yeni maliyyə mexanizmi tətbiq olunacaq.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Anar Bayramov mətbuat konfransında açıqlayıb.

O bildirib ki, Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla, digər regionlarda fəaliyyət göstərən həkimlər üçün bir sıra tibbi xidmət istiqamətləri üzrə əlavə bonus imkanları yaradılacaq.

Anar Bayramov qeyd edib ki, cərrahi xidmətlər, stasionar terapevtik xidmətlər, fizioterapiya və reabilitasiya, anesteziya, eləcə də invaziv radioloji xidmətlər üzrə nəticələrə əsaslanan dəyişən bonus ödənişlərinə 1,3 əmsalı tətbiq ediləcək.

Onun sözlərinə görə, regionlarda çalışan həkimlər həm əməkhaqqı artımından, həm də əlavə bonus mexanizmindən yararlana biləcəklər.

Bildirilib ki, ambulator tibbi xidmət göstərən həkimlər üçün isə əvvəlki kiçik faiz əsaslı ödənişlər əvəzinə, aylıq qəbul sayına uyğun diferensiallaşdırılmış sabit əlavələr tətbiq olunacaq.

TƏBİB rəhbəri vurğulayıb ki, yeni yanaşma həkimlərin həvəsləndirici ödənişlərini tibbi xidmətin keyfiyyəti və pasiyent məmnunluğu ilə əlaqələndirəcək.

Onun sözlərinə görə, məqsəd daha keyfiyyətli, pasiyentyönümlü tibbi xidmətin təşviq edilməsi və yüksək nəticə göstərən həkimlərin daha çox stimullaşdırılmasıdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости