https://news.day.az/azerinews/1858580.html TƏBİB-in İcraçı direktoruna müşavir təyin edilib Maliyyə və sığorta sektorlarında 20 illik peşəkar və idarəetmə təcrübəsinə malik İnarə Vaqif qızı Mirhəsənova TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Day.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

TƏBİB-in İcraçı direktoruna müşavir təyin edilib

Azərbaycanca, 8 сентября 2026 15:10 (UTC +04:00) 160
TƏBİB-in İcraçı direktoruna müşavir təyin edilib

Maliyyə və sığorta sektorlarında 20 illik peşəkar və idarəetmə təcrübəsinə malik İnarə Vaqif qızı Mirhəsənova TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.

Day.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənmə ilə başa vurub.

Peşəkar fəaliyyəti ərzində maliyyə və sığorta sektorlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb, maliyyə və risklərin idarə olunması, sığorta, investisiyalar, strateji planlaşdırma və korporativ idarəetmə istiqamətlərində geniş təcrübə qazanıb. Karyerasının son 10 ilini PAŞA Qrupunda davam etdirərək Qrupun müxtəlif şirkətlərində rəhbər vəzifələrdə fəaliyyət göstərib.

Yeni təyinatından əvvəl İnarə Mirhəsənova "PAŞA Sığorta" ASC-nin İdarə Heyətinin üzvü və Baş maliyyə inzibatçısı vəzifəsində çalışıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости