https://news.day.az/azerinews/1861408.html Bu gün Ramiz Mehdiyevin məhkəməsi keçiriləcək Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin məhkəməsi keçiriləcək. Trend-in məhkəmədəki müxbirinin xəbərinə görə, iş üzrə hazırlıq iclasına hakim Murad Aslanov sədrlik edəcək.

Bu gün Ramiz Mehdiyevin məhkəməsi keçiriləcək

Azərbaycanca, 21 сентября 2026 09:56 (UTC +04:00) 205
Bu gün Ramiz Mehdiyevin məhkəməsi keçiriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin məhkəməsi keçiriləcək.

Trend-in məhkəmədəki müxbirinin xəbərinə görə, iş üzrə hazırlıq iclasına hakim Murad Aslanov sədrlik edəcək.

İttiham aktında R.Mehdiyevin sabiq köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxs qismində yer alıb. Onun da cinayət işinə R.Mehdiyevin işi ilə birlikdə baxılacaq.

R.Mehdiyevə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə yönəlik əməllər), 274 (dövlətə xəyanət), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) və 311 (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

Xəbər yeniləcək

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости