https://news.day.az/azerinews/1862117.html Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək Azərbaycanın stend atıcıları Yunanıstanın paytaxtı Afinada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər. Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkəmizi yarışda səngər (Trap) və dairəvi (Skeet) stend üzrə ümumilikdə 12 idmançı təmsil edəcək.

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Azərbaycanca, 23 сентября 2026 18:50 (UTC +04:00) 175
Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Azərbaycanın stend atıcıları Yunanıstanın paytaxtı Afinada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.

Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkəmizi yarışda səngər (Trap) və dairəvi (Skeet) stend üzrə ümumilikdə 12 idmançı təmsil edəcək.

Dairəvi stenddə Niyaz Ağazadə, Fuad Qurbanov, Abidin Əsədullayev, Riqina Meftaxetdinova, Nurlana Cəfərova və Əli Mustafayev mübarizə aparacaqlar.

Səngər stenddə isə Mürtəza Novruzlu, Əli Hüseynli, Aydan Camalova, Nərmin Cəfərova, Əlimirzə Quliyev və Mirmömin Ağazadə çıxış edəcəklər.

Qeyd edək ki, Avropa çempionatı sentyabrın 27-dən oktyabrın 13-dək keçiriləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости