https://news.day.az/azerinews/1862427.html Ceyhun Bayramov Azərbaycanın mühüm logistika və tranzit qovşağına çevrilməsini vurğulayıb - FOTO Xarici işlər naziri Ceyhun Bayramov #UNGA81 çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. Bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabındakı paylaşımında qeyd edilib.

Ceyhun Bayramov Azərbaycanın mühüm logistika və tranzit qovşağına çevrilməsini vurğulayıb - FOTO

Azərbaycanca, 25 сентября 2026 01:25 (UTC +04:00) 210
Ceyhun Bayramov Azərbaycanın mühüm logistika və tranzit qovşağına çevrilməsini vurğulayıb

Xarici işlər naziri Ceyhun Bayramov #UNGA81 çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib.

Bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabındakı paylaşımında qeyd edilib.

Nazir vurğulayıb ki, uzunmüddətli strateji investisiyalar və davamlı regional tərəfdaşlıqlar sayəsində Azərbaycan dənizə çıxışının olmaması ilə bağlı coğrafi mövqeyini Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini birləşdirən mühüm logistika, tranzit və enerji qovşağına uğurla çevirib.

Ceyhun Bayramov tranzitin rəqəmsallaşdırılmasının, gömrük prosedurlarının sadələşdirilməsinin, eləcə də Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi kimi inteqrasiya olunmuş enerji-rəqəmsal bağlantıların yaradılmasının vacibliyini qeyd edib. O vurğulayıb ki, nəqliyyat, enerji və rəqəmsal infrastrukturun birləşdirilməsi qlobal ticarət arxitekturasının dayanıqlılığını əhəmiyyətli dərəcədə artırır.

Sülhün dayanıqlı bağlantı üçün əvəzolunmaz ilkin şərt olduğunu vurğulayan nazir 8 avqust 2025-ci ildə Azərbaycan və Ermənistan arasında imzalanmış Vaşinqton sazişlərinin və regional və qlobal tranzit şəbəkələrini genişləndirəcək TRIPP təşəbbüsünün əhəmiyyətini diqqətə çatdırıb.

  • Ceyhun Bayramov Azərbaycanın mühüm logistika və tranzit qovşağına çevrilməsini vurğulayıb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости