https://news.day.az/azerinews/1862821.html “Sea Breeze”i beynəlxalq investisiya xəritəsinə daxil edə bilmişik - Emin Ağalarov Düşünürəm ki, biz Sea Breeze-i beynəlxalq investisiya xəritəsinə daxil edə bilmişik.

“Sea Breeze”i beynəlxalq investisiya xəritəsinə daxil edə bilmişik - Emin Ağalarov

Azərbaycanca, 26 сентября 2026 12:16 (UTC +04:00) 141
“Sea Breeze”i beynəlxalq investisiya xəritəsinə daxil edə bilmişik

Düşünürəm ki, biz Sea Breeze-i beynəlxalq investisiya xəritəsinə daxil edə bilmişik.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə "Agalarov Development" şirkətinin prezidenti və "Sea Breeze" kurort-şəhərinin təsisçisi Emin Ağalarov şənbə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Yaranan investisiya istiqamətləri: "Daşınmaz əmlak, turizm və şəhərsalma"adlı panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, bir çox beynəlxalq investisiya fondlarının Azərbaycanın müxtəlif sahələrinə sərmayə qoyuluşunu nəzərdən keçirdiyi bu forum zamanı "Sea Breeze" diqqət yetirilməli ilk 10-luq siyahısındadır.

Həmçinin vurğulamaq istəyirəm ki, Sea Breeze-də əvvəlcə kvadratmetr satırdıqsa, indi bu anlayış dəyişib. Kvadratmetr əvəzinə həyat tərzi satırıq. Bu formula və model başqa miqyasda digər regionlarda da tətbiq oluna bilər.

 

Bu layihə avtomobillər əvəzinə qolf karları ilə hərəkət etdiyiniz, yaşıl enerjidən istifadə olunan, təhlükəsiz, yeni, canlı və müasir bir şəhər ola bilər. Dünyada sıfırdan tikilən çox az belə yeni şəhər var. Azərbaycan brendləşdirilmiş rezidensiyalar üçün hazırdır və bu gün istənilən brendin layihəmizə inteqrasiya oluna biləcəyini düşünürük",- deyə E.Ağalarov qeyd edib.

Qeyd edək ki, Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. 2 gündür davam edən forum İqtisadiyyat Nazirliyi və Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin-AZPROMO-nun təşkilatçılığı, Avropa Evi-"Ambrosetti"nin strateji tərəfdaşlığı ilə baş tutur.

Tədbir çərçivəsində təşkil olunan plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar kimi strateji mövzular müzakirə olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости