https://news.day.az/azerinews/1873593.html Tailandda tanker batıb - 6 nəfər itkin düşüb Tailandın şərqində Siam körfəzində "Venus 14" adlı tanker batıb. Hadisə nəticəsində gəminin altı ekipaj üzvü itkin düşüb. Day.Az xəbər verir ki, bu barədə "The Nation" qəzeti məlumat yayıb.

Tailandda tanker batıb - 6 nəfər itkin düşüb

Azərbaycanca, 11 ноября 2026 13:45 (UTC +04:00) 268
Tailandda tanker batıb

Tailandın şərqində Siam körfəzində "Venus 14" adlı tanker batıb. Hadisə nəticəsində gəminin altı ekipaj üzvü itkin düşüb.

Day.Az xəbər verir ki, bu barədə "The Nation" qəzeti məlumat yayıb.

Balıqçı gəmilərini yanacaqla təmin edən tankerin qəzasə çərşənbə günü Sattahip hərbi-dəniz bazasının gəmiçilik kanalının girişindən 27 dəniz mili (təxminən 50 kilometr) məsafədə baş verib. Hadisənin səbəbləri hələlik məlum deyil.

Axtarış-xilasetmə əməliyyatının aparılması üçün Tailand Hərbi-Dəniz Qüvvələri hadisə bölgəsinə patrul kateri və patrul təyyarəsi göndərib. Hərbçilər, həmçinin ərazidə neft məhsullarının mümkün sızması əlamətlərini araşdırır və yaxınlıqdan keçən gəmiləri naviqasiya təhlükəsi barədə xəbərdar edirlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости