https://news.day.az/azerinews/1873749.html Nərmin Abdinova Avropa çempionu oldu Azərbaycan təmsilçisi Nərmin Abdinova Yunanıstanın Hersonissos şəhərində keçirilən 8-18 yaşlı şahmatçılar arasında Avropa çempionatında qızıl medal qazanıb. Day.Az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası məlumat yayıb. Nərmin Abdinova 8-ci turda Polşa şahmatçısı Klara Szczotkanı məğlub etməklə fenomenal nəticə göstərib.

Nərmin Abdinova Avropa çempionu oldu

Azərbaycanca, 11 ноября 2026 23:39 (UTC +04:00) 356
Nərmin Abdinova Avropa çempionu oldu

Azərbaycan təmsilçisi Nərmin Abdinova Yunanıstanın Hersonissos şəhərində keçirilən 8-18 yaşlı şahmatçılar arasında Avropa çempionatında qızıl medal qazanıb.

Day.Az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

Nərmin Abdinova 8-ci turda Polşa şahmatçısı Klara Szczotkanı məğlub etməklə fenomenal nəticə göstərib.

Bu Nərmin Abdinovanın qitə çempionatında ardıcıl 8-ci qələbəsi olub. Bütün görüşlərini qələbəylə başa vuran Nərmin Abdinova sabah baş tutacaq 9-cu turun nəticəsindən asılı olmayaraq Avropa çempionu olub.

Qeyd edək ki, Avropa çempionatında U18 kateqoriyasında ölkəmizə sonuncu qızıl medalı 2014-cü ildə Batumidə Ülviyyə Fətəliyeva qazandırıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости