https://news.day.az/azerinews/1873769.html
Minik maşını aşıb, sərnişin ölüb
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Minik maşını aşıb, sərnişin ölüb
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin tibbi yardımlarına baxmayaraq xəsarət alanlardan biri xəstəxanada ölüb.
Ölən və xəsarət alanların kimlikləri dəqiqləşdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib və faktla bağlı araşdırma aparılır.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре