https://news.day.az/azerinews/1873867.html Moldova Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır Moldova, xüsusilə enerji resursları təchizatının şaxələndirilməsi üzrə davam edən səylər fonunda, Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Moldova Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Azərbaycanca, 12 ноября 2026 14:02 (UTC +04:00) 321
Moldova Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Moldova, xüsusilə enerji resursları təchizatının şaxələndirilməsi üzrə davam edən səylər fonunda, Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu çərşənbə günü Dublində keçirilən "Avropa Siyasi Birliyi" (ASB) sammiti çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Biz enerji sahəsində əməkdaşlıqda maraqlıyıq. Son bir neçə il ərzində ölkə əhəmiyyətli islahatlar aparmasına baxmayaraq, energetika hamımız, xüsusilə də Moldova üçün hələ də ciddi problem olaraq qalır", - deyə o bildirib.

 

Sandu Azərbaycanla aparılan müzakirələrin əməkdaşlıq imkanlarını müəyyənləşdirməyə və enerji problemlərinin praktiki həlli yollarını tapmağa imkan verəcəyinə ümidvar olduğunu ifadə edib.

O, həmçinin Moldovanın sülh təşəbbüslərinə dəstəyini təsdiqləyərək, münaqişələrin nizamlanmasına yönəlmiş diplomatik danışıqları və səyləri alqışlayıb.

"Biz bütün ölkələrimizdə sülh olmasını istəyirik. Və əlbəttə ki, sülhə aparan istənilən müzakirələri və səyləri alqışlayıram", - deyə prezident qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости