https://news.day.az/azerinews/1874771.html Həkim damar sağlamlığına zərər verən ən təhlükəli qida birləşməsini açıqlayıb Həkim Andrey Martyuşev-Poklad damar sağlamlığı üçün ən zərərli qida birləşməsinin şəkər və nişasta ilə zəngin məhsulların rafinə edilmiş bitki yağları ilə birlikdə qəbulu olduğunu bildirib. Day.Az xəbər verir ki, onun sözlərinə görə, bu məhsullar xüsusilə fastfud yeməklərində geniş istifadə olunur.

Həkim damar sağlamlığına zərər verən ən təhlükəli qida birləşməsini açıqlayıb

Azərbaycanca, 17 ноября 2026 08:16 (UTC +04:00) 334
Həkim damar sağlamlığına zərər verən ən təhlükəli qida birləşməsini açıqlayıb

Həkim Andrey Martyuşev-Poklad damar sağlamlığı üçün ən zərərli qida birləşməsinin şəkər və nişasta ilə zəngin məhsulların rafinə edilmiş bitki yağları ilə birlikdə qəbulu olduğunu bildirib.

Day.Az xəbər verir ki, onun sözlərinə görə, bu məhsullar xüsusilə fastfud yeməklərində geniş istifadə olunur.

Mütəxəssis qeyd edib ki, bu qidaların birlikdə qəbulu damarların daxili səthinə zərər verə, insulinin həddindən artıq ifrazına və orqanizmdə oksidləşdirici stressin artmasına səbəb ola bilər. Həkim xüsusilə yağda qızardılmış ponçik və kartofun istehlakına diqqət çəkib.

Həkim fastfud əvəzinə yumurta, ət, balıq, quş əti və süd məhsullarına, eləcə də tərəvəzlərə üstünlük verməyi tövsiyə edib. Onun fikrincə, balanslı qidalanma piylənmə, şəkərli diabet və ürək-damar problemləri riskinin azaldılmasına kömək edə bilər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости