https://news.day.az/azerinews/1874976.html
Yevlaxda yol qəzası iki nəfərin həyatına son qoyub
Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib. Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Aran qəsəbəsindən keçən hissəsində baş verib. Qəza zamanı Naftalan sakinləri - 2000-ci il təvəllüdlü Pəri Məstəliyeva və Tural Əliyev aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
Yevlaxda yol qəzası iki nəfərin həyatına son qoyub
Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Aran qəsəbəsindən keçən hissəsində baş verib.
Qəza zamanı Naftalan sakinləri - 2000-ci il təvəllüdlü Pəri Məstəliyeva və Tural Əliyev aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
Faktla bağlı araşdırma aparılır.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре