https://news.day.az/azerinews/1875068.html Qışda avtomobilinizi gözləyən 10 təhlükə – Sürücülərə vacib xəbərdarlıq Havaların soyuması avtomobillərin texniki vəziyyətinə ciddi təsir göstərir. Xüsusilə şaxtalı günlərdə mühərrik, akkumulyator, təkərlər və digər vacib detallar əlavə yüklənməyə məruz qalır.

Qışda avtomobilinizi gözləyən 10 təhlükə – Sürücülərə vacib xəbərdarlıq

Azərbaycanca, 18 ноября 2026 02:19 (UTC +04:00) 159
Qışda avtomobilinizi gözləyən 10 təhlükə

Havaların soyuması avtomobillərin texniki vəziyyətinə ciddi təsir göstərir. Xüsusilə şaxtalı günlərdə mühərrik, akkumulyator, təkərlər və digər vacib detallar əlavə yüklənməyə məruz qalır.

Day.Az xəbər verir ki, sürücülərə qış mövsümündən əvvəl mühərrik yağını, antifrizi və akkumulyatoru yoxlatdırmaq, həmçinin təkərlərin vəziyyətinə xüsusi diqqət yetirmək tövsiyə olunur.

Bununla yanaşı, əyləc sistemi, şüşəsilənlər, şüşəyuyan maye, faralar və avtomobilin rezin detalları da yoxlanılmalıdır. Soyuq havada köhnəlmiş şlanqlar və rezin hissələr sıradan çıxa, donan mayelər isə avtomobilin sistemlərinə zərər verə bilər. Mühərriki işə saldıqdan sonra isə hərəkətə sakit başlamaq və onu yüksək dövrlə yükləməmək məsləhətdir.

Mütəxəssislər qış aylarında avtomobildə ehtiyat əlcək, fənər, ilk yardım çantası, telefon üçün enerji mənbəyi və yedək trosu saxlamağı da tövsiyə edirlər. Vaxtında texniki qulluq avtomobilin istismar müddətini uzatmaqla yanaşı, yolda gözlənilməz nasazlıqların və əlavə xərclərin qarşısını almağa kömək edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости