https://news.day.az/azerinews/1875513.html Hikmət Hacıyevdən Ermənistana çağırış - Kütləvi məzarlıqların yerləri açıqlanmalıdır Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını hələ də gözləyirik. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında yazıb.

Hikmət Hacıyevdən Ermənistana çağırış - Kütləvi məzarlıqların yerləri açıqlanmalıdır

Azərbaycanca, 19 ноября 2026 12:02 (UTC +04:00) 226
Hikmət Hacıyevdən Ermənistana çağırış

Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını hələ də gözləyirik.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, mina təhlükəsi ilə yanaşı, itkin düşmüş şəxslər müharibənin ən ağır humanitar nəticələrindən biridir.

Hazırda 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Ərazilərimizin işğaldan azad edilməsindən sonra 32 kütləvi məzarlıq aşkarlanıb və meyit qalıqlarının çıxarılması, şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Bununla belə, Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını hələ də gözləyirik. Həmçinin keçmiş təmas xətti boyunca - uzunluğu 440 kilometrdən, dərinliyi isə 2 kilometrdən çox olan ərazidə 2020-2023-cü illərdə basdırılmış minaların xəritələrinin təqdim edilməsini gözləyirik. Bu minalar mülki şəxslərin ölümünə və yaralanmasına səbəb olmaqda davam edir, eləcə də keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına mane olur.

Bu, sırf humanitar məsələdir. Sözügedən məlumatların paylaşılması etimadın möhkəmləndirilməsi istiqamətində mühüm addım, keçid ədalətinin tərkib hissəsi və regionumuzda davamlı sülhə real töhfə olardı. Ailələr öz doğmalarının taleyini bilməyə layiqdirlər - deyə H.Hacıyev əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости