https://news.day.az/azerinews/1875525.html Ermənistan Konstitusiyanı dəyişəcək – Simonyan səbəbləri açıqladı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi Ermənistan Konstitusiyasına dəyişiklik edildikdən sonra imzalanacaq. Day.Az xəbər verir ki, Ermənistan KİV-nin məlumatına görə, bu barədə ölkənin Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib.

Ermənistan Konstitusiyanı dəyişəcək – Simonyan səbəbləri açıqladı

Azərbaycanca, 19 ноября 2026 12:28 (UTC +04:00) 183
Ermənistan Konstitusiyanı dəyişəcək

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi Ermənistan Konstitusiyasına dəyişiklik edildikdən sonra imzalanacaq.

Day.Az xəbər verir ki, Ermənistan KİV-nin məlumatına görə, bu barədə ölkənin Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib.

Onun sözlərinə görə, yeni Konstitusiyanın qəbul edilməsi zərurəti yalnız Bakı ilə sülh gündəliyi ilə deyil, həm də dəyişən reallıqlarla əlaqədardır.

"1990-cı illərdə qəbul edilmiş Konstitusiya ilə bugünkü reallıqlar, hazırkı geosiyasi vəziyyət tamamilə fərqlidir. Beş il əvvəlki Ermənistanla bugünkü Ermənistan eyni deyil", - deyə Simonyan qeyd edib.

Qeyd edək ki, Ermənistan Konstitusiyasının preambulasında 1990-cı il avqustun 23-də qəbul edilmiş Müstəqillik Bəyannaməsinə istinad yer alır. Həmin Bəyannamədə Ermənistanın Azərbaycana qarşı birbaşa ərazi iddiaları yer alıb.

Azərbaycan tərəfi dəfələrlə vurğulayıb ki, Ermənistanın Müstəqillik Bəyannaməsində və Konstitusiyasında əksini tapan Azərbaycana qarşı ərazi iddiaları sülh prosesinin qarşısında hüquqi-siyasi maneə yaradır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости