Çin, ABŞ və Rusiya liderlərinin üçtərəfli görüşü başa çatıb - YENİLƏNİB
Rusiya Prezidenti Vladimir Putin, Çin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp üçtərəfli görüşün yekunlarına dair media üçün şifahi birgə bəyanatla çıxış etməyiblər.
Bu barədə TASS məlumat yayıb.
Rusiya, Çin və ABŞ liderlərinin bugünkü üçtərəfli görüşü tarixdə ilk belə görüşdür. Görüş təxminən bir saat yarım davam edib.
XXX
12:38
Çinin Şencen şəhərində Çin Xalq Respublikasının Sədri Si Cinpin, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin üçtərəfli görüşü başlayıb.
Day.Az xəbər verir ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü Zirvə toplantısı çərçivəsində keçirilən görüş Çin, ABŞ və Rusiya dövlət başçılarının tarixdə ilk üçtərəfli görüşüdür.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре