https://news.day.az/azerinews/1875835.html Bakı-Tbilisi-Ceyhan vasitəsilə 21 milyon tondan çox neft nəql olunub 2026-cı ilin yanvar-oktyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 21,104 milyon ton neft nəql edilib. Day.Az xəbər veirr ki, Trend-in Dövlət Statistika Komitəsinin hesabatı əsasında hesablamasına görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,657 milyon ton və ya 7,3 faiz azdır.

Bakı-Tbilisi-Ceyhan vasitəsilə 21 milyon tondan çox neft nəql olunub

Azərbaycanca, 20 ноября 2026 15:23 (UTC +04:00) 288
Bakı-Tbilisi-Ceyhan vasitəsilə 21 milyon tondan çox neft nəql olunub

2026-cı ilin yanvar-oktyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 21,104 milyon ton neft nəql edilib.

Day.Az xəbər veirr ki, Trend-in Dövlət Statistika Komitəsinin hesabatı əsasında hesablamasına görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,657 milyon ton və ya 7,3 faiz azdır.

Belə ki, ötən ilin yanvar-oktyabr aylarında BTC ilə 22,761 milyon ton neft nəql olunub.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81,8 faizini (17 milyon 268,7 min ton) Azərbaycanda hasil edilən neft, 18,2 faizini (3 milyon 835,1 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Hazırda kəmərlə əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil olunan neft və "Şahdəniz" yatağından çıxarılan kondensat nəql edilir. Bundan əlavə, BTC vasitəsilə Xəzər hövzəsindən əlavə həcmdə neft və kondensat, o cümlədən Qazaxıstan və Türkmı̇nı̇standan daxil olan xammal, eləcə də SOCAR-ın Azərbaycanda hasil etdiyi digər neft həcmləri nəql olunmağa davam edir.

BTC Co. şirkətində iştirak payları aşağıdakı qaydada bölüşdürülüb: SOCAR - 32,97 faiz, bp - 30,10 faiz, MOL - 8,90 faiz, TPAO - 6,53 faiz, Eni - 5 faiz, TotalEnergies - 5 faiz, ITOCHU - 3,40 faiz, ONGC Videsh - 3,10 faiz, ExxonMobil - 2,50 faiz və INPEX - 2,50 faiz

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости