https://news.day.az/azerinews/1876726.html ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edilib - VİDEO Nyu-Yorkda, Manhettendə 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə qaldırılan Azərbaycan bayrağı prosedurla nəzərdə tutulmuş yeddi gün ərzində müəyyən edilmiş yerdə olub.

ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edilib - VİDEO

Azərbaycanca, 24 ноября 2026 13:45 (UTC +04:00) 254
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edilib

Nyu-Yorkda, Manhettendə 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə qaldırılan Azərbaycan bayrağı prosedurla nəzərdə tutulmuş yeddi gün ərzində müəyyən edilmiş yerdə olub.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, hər il ABŞ-dakı Azərbaycan icmasının nümayəndələri müxtəlif ştatlarda inzibati və ictimai binaların qarşısında milli bayrağın qaldırılması mərasimlərini təşkil edirlər.

"Erməni diasporunun bu prosesə mane olmaq üçün davamlı cəhdlərinə baxmayaraq, ABŞ-dakı Azərbaycan icması bu il də bayrağın qaldırılması mərasimlərini uğurla keçirib", - deyə məlumatda bildirilir.

Komitə, həmçinin qeyd edib ki, hər il Tayms-skverdə hündürmərtəbəli binaların fasadlarında yerləşən böyük LED ekranlarda Azərbaycanın tarixi Zəfərinə həsr olunmuş videoçarxlar və plakatlar nümayiş etdirilir.

"Dünyanın hər yerindən milyonlarla insanın ziyarət etdiyi bu məkanlarda Azərbaycan Respublikasının Dövlət Bayrağının qaldırılması mühüm rəmzi və siyasi əhəmiyyət daşıyır", - deyə qurum vurğulayıb.

Komitə bəzi erməni mənbələri tərəfindən bayrağın guya Amerikanın Erməni Milli Komitəsinin (ANCA) təşəbbüsü ilə endirildiyi barədə yayılan iddialara da diqqət çəkib.

"Bayrağın endirildiyini iddia edən məlumatlarda guya bu qərarı kimin və hansı hüquqi əsaslarla qəbul etdiyinə dair heç bir etibarlı sübut təqdim olunmur", - deyə bəyanatda qeyd edilib.

Qurum, həmçinin ictimaiyyəti qeyri-dəqiq məlumatlara inanmamağa, media nümayəndələrini isə erməni mənbələrinin xaricdəki Azərbaycan icmalarının fəaliyyəti ilə bağlı yaydığı məlumatları paylaşarkən ehtiyatlı olmağa çağırıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости