https://news.day.az/azerinews/1876755.html Məleykə Abbaszadənin BDU-da ilk kadr qərarları nə olacaq? - Universitetdən AÇIQLAMA Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadənin vəzifəsinin icrasına başlamasından sonra universitetdə mümkün kadr və struktur dəyişiklikləri, eləcə də yeni rəhbərliyin atacağı ilk addımlar maraq doğurur.

Məleykə Abbaszadənin BDU-da ilk kadr qərarları nə olacaq? - Universitetdən AÇIQLAMA

Azərbaycanca, 24 ноября 2026 15:17 (UTC +04:00) 163
Məleykə Abbaszadənin BDU-da ilk kadr qərarları nə olacaq?

Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadənin vəzifəsinin icrasına başlamasından sonra universitetdə mümkün kadr və struktur dəyişiklikləri, eləcə də yeni rəhbərliyin atacağı ilk addımlar maraq doğurur.

Day.Az xəbər verir ki, Trend-in sorğusuna cavab olaraq BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən bildirilib ki, Məleykə Abbaszadə bir neçə gün əvvəl vəzifəsinin icrasına başlayıb və hazırda universitetin fəaliyyəti ilə tanış olur.

"Hazırda rektor universitetin fəaliyyəti ilə tanış olur. Rektorun fəaliyyəti və qəbul etdiyi qərarlar barədə məlumatlar BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi tərəfindən universitetin rəsmi kanallarında yayımlanır", - deyə universitetdən əlavə edilib.

Qeyd edək ki, Məleykə Abbaszadənin rektor təyin olunmasından sonra BDU-da mümkün kadr dəyişiklikləri ilə bağlı müxtəlif məlumatlar yayılıb. Bir neçə gün əvvəl bəzi KİV-lərdə onun rektor köməkçisi Nərmin Heydərlinin vəzifəsindən azad edilməsi barədə xəbərlər dərc olunub. Lakin universitet bu məlumatları təkzib edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin noyabrın 19-da imzaladığı sərəncamla Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости