https://news.day.az/azerinews/1876760.html Əli Əsədov Spayiç ilə görüşdü - FOTO Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 24-də ölkəmizdə səfərdə olan Monteneqronun Baş naziri Miloyko Spayiç ilə görüşüb. Day.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Əli Əsədov Spayiç ilə görüşdü - FOTO

Azərbaycanca, 24 ноября 2026 15:27 (UTC +04:00) 167
Əli Əsədov Spayiç ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 24-də ölkəmizdə səfərdə olan Monteneqronun Baş naziri Miloyko Spayiç ilə görüşüb.

Day.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan-Monteneqro əlaqələrinin müsbət dinamikasından məmnunluq ifadə olunub, ötən dövr ərzində qarşılıqlı faydalı əməkdaşlığın əhatə dairəsinin genişləndiyi qeyd edilib.

Tərəflər ticarət-iqtisadi əməkdaşlığın potensialından daha səmərəli istifadə olunmasının vacibliyini vurğulayıblar, qarşılıqlı investisiyalar sahəsində əldə olunan müsbət nəticələri yüksək qiymətləndiriblər.

Humanitar əməkdaşlığın əhəmiyyəti qeyd edilərək, turizm, mədəniyyət və təhsil sahələrində mübadilələrin daha da genişləndirilməsinə qarşılıqlı maraq ifadə olunub.

Görüşdə Azərbaycan-Monteneqro münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

  • Əli Əsədov Spayiç ilə görüşdü
  • Əli Əsədov Spayiç ilə görüşdü
  • Əli Əsədov Spayiç ilə görüşdü
  • Əli Əsədov Spayiç ilə görüşdü
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости