https://news.day.az/azerinews/1876821.html Arıqlamaq istəyənlər rasionlarına bu giləmeyvəni əlavə etsinlər – Diyetoloqdan tövsiyə Diyetoloq Emili Laxtrupp çəkisinə nəzarət etmək istəyənlərə moruq yeməyi tövsiyə edib. Day.Az xəbər verir ki, onun sözlərinə görə, liflə zəngin olan bu giləmeyvə həzmi yavaşladır, toxluq hissini uzadır və iştahanın idarə olunmasına kömək edir. Moruğun tərkibindəki antioksidantlar orqanizmin hüceyrələrini zədələnmədən qoruyur.

Arıqlamaq istəyənlər rasionlarına bu giləmeyvəni əlavə etsinlər – Diyetoloqdan tövsiyə

Azərbaycanca, 25 ноября 2026 01:24 (UTC +04:00) 305
Arıqlamaq istəyənlər rasionlarına bu giləmeyvəni əlavə etsinlər

Diyetoloq Emili Laxtrupp çəkisinə nəzarət etmək istəyənlərə moruq yeməyi tövsiyə edib.

Day.Az xəbər verir ki, onun sözlərinə görə, liflə zəngin olan bu giləmeyvə həzmi yavaşladır, toxluq hissini uzadır və iştahanın idarə olunmasına kömək edir.

Moruğun tərkibindəki antioksidantlar orqanizmin hüceyrələrini zədələnmədən qoruyur. Bundan əlavə, təbii şəkər və lif birləşməsi şirin qidalara olan istəyi azaltmağa kömək edə bilər. Diyetoloq moruğun gündəlik qidalanmaya daxil edilməsini faydalı hesab edir.

Mütəxəssis moruğu təzə halda yeməyi, həmçinin qatıq, yulaf əzməsi və müxtəlif şirniyyatlara əlavə etməyi məsləhət görür. Bununla belə, moruq təkbaşına arıqlamağa səbəb olmur. Çəkiyə nəzarət üçün balanslı qidalanma və fiziki aktivlik də vacibdir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости