https://news.day.az/azerinews/1876861.html Azərbaycanın alternativ enerji ixracı üçün Avropaya iki yeni marşrut nəzərdə tutulur – Ceyhun Bayramov Yeni inkişaf xətti kimi 2022-ci ildə Avropa İttifaqı ilə əldə olunmuş razılaşmaya uyğun olaraq alternativ enerji sahəsində işlər aparılır.

Azərbaycanın alternativ enerji ixracı üçün Avropaya iki yeni marşrut nəzərdə tutulur – Ceyhun Bayramov

Azərbaycanca, 24 ноября 2026 19:18 (UTC +04:00) 279
Azərbaycanın alternativ enerji ixracı üçün Avropaya iki yeni marşrut nəzərdə tutulur

Yeni inkişaf xətti kimi 2022-ci ildə Avropa İttifaqı ilə əldə olunmuş razılaşmaya uyğun olaraq alternativ enerji sahəsində işlər aparılır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bu istiqamət alternativ enerjinin istehsalını və müxtəlif marşrutlarla kabel vasitəsilə Avropa bazarına ötürülməsini nəzərdə tutur:

"Onlardan biri dördtərəfli sənəd əsasında Azərbaycan, Gürcüstan, Türkiyə və Macarıstan üzərindən keçən marşrutdur. Digər istiqamət isə Xəzər dənizi, Qara dəniz və Qara dənizin dibi ilə kabelin Rumıniya sahillərinə, oradan isə Macarıstan və digər ölkələrə çatdırılmasını nəzərdə tutan xətdir.

Bu layihə üzrə texniki və maliyyə-texniki əsaslandırma işləri yekunlaşıb. Mütəxəssislər layihənin texniki baxımdan əsaslandırılmış, eləcə də maliyyə cəhətdən sağlam və əlverişli olduğunu qeyd edirlər. Gələcəkdə bunun yeni əsas istiqamətlərdən birinə çevriləcəyi gözlənilir".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости