Azərbaycan Hava Yolları “Sərfəli Cümə” kampaniyası elan edir
Azərbaycan Hava Yolları "SərfəliCümə" kampaniyasını elan edir. 25-30 noyabr 2026-cı il tarixlərində sərnişinlər seçilmiş beynəlxalq istiqamətlər üzrəekonom və biznes siniflərində aviabiletləri 25%-dək endirimləəldə edə biləcəklər.
Day.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Həmçinin "AZAL Miles" müştəriləri mobil tətbiq üzərindənmillərlə bilet aldıqda "BLUEFRIDAY" promokodu ilə 35%-dəkendirim qazana bilərlər.
Dekabrda bayram ab-havasını başqa bir şəhərdə yaşamaq, qışmövzsümündə yaxınları ziyarət etmək və və ya yazın ilk səyahətini planlaşdırmaq istəyən sərnişinlər bu fürsətdənyararlana bilərlər.
Kampaniya aşağıdakı uçuş tarixlərini əhatə edir:
• 1-20 dekabr 2026-cı il
• 10 yanvar - 28 fevral 2027-ci il
• 1-30 aprel 2027-ci il
Endirim faizi uçuş istiqamətindən və seçilmiş tarifdən asılıolaraq dəyişir. Endirim yalnız aviabiletin tarif hissəsinə tətbiqolunur. Vergilər və digər yığımlar endirimə daxil deyil.Endirimli aviabiletlərin sayı məhduddur. Kampaniya kodşerinq, çarter və ölkədaxili reyslərə şamil olunmur.
Aviabiletləri azal.az saytından, Azərbaycan Hava Yollarınınmobil tətbiqindən, həmçinin bilet kassalarından və akkreditəolunmuş agentliklərdən əldə etmək mümkündür.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре