https://news.day.az/azerinews/1876937.html Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Azərbaycanda içlərində hərbçilər də olmaqla, ümumilikdə 15 nəfər yanacaq mənimsəməkdə ittiham olunur. Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin şəxslərdən 4 nəfəri həbs edilib, 11 nəfər barəsində alternativ qətimkan tədbirləri seçilib.

Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir

Azərbaycanca, 25 ноября 2026 11:15 (UTC +04:00) 199
Milyon yarımlıq yanacaq hara gedib?

Azərbaycanda içlərində hərbçilər də olmaqla, ümumilikdə 15 nəfər yanacaq mənimsəməkdə ittiham olunur.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin şəxslərdən 4 nəfəri həbs edilib, 11 nəfər barəsində alternativ qətimkan tədbirləri seçilib.

İş üzrə Mehdiyev Elman, İmanlı Tehran, Əmirov Həsən, Bayramzadə Kənan, Məmmədov Mobil, Əliyev Qəhrəman, Quliyev Nihad, Məmmədov Zaur, Baxşiyev Samir, Hüseynli Məhəmməd, Mustafayev Elçin, Əliyev Məmməd, Mahmudov Cahid, Seyidov Mirmusa və Tərlanzadə Ravid təqsirləndirilən şəxs qismində cəlb olunub.

Onlardan bir neçəsi kapitan və mayor rütbəli hərbçilər, qalanları isə yanacaqdoldurma məntəqələrinin rəisləri və digər işçiləridir. 

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə yekun ittiham verilib. Bu maddənin sanksiyasında 10 ildən 14 ilə kimi həbs cəzası nəzərdə tutulur.

Cinayət işi üzrə dəymiş ziyan 1 milyon 400 min manatdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости