Bu qız “Dünya Gözəli” seçildi
"Miss Universe 2026" beynəlxalq gözəllik yarışmasının qalibi müəyyənləşib.
Day.Az xarici mətbuata istinadən xəbər verir ki, Puerto-Rikonu təmsil edən 27 yaşlı Cennifer Barreto bütün rəqiblərini geridə qoyaraq müsabiqənin əsas tacına sahib olub.
Yarışmanın final mərhələsi ötən gecə San-Xuan şəhərində baş tutub. 75-ci dəfə təşkil edilən tədbirdə 116 ölkənin nümayəndəsi qalibiyyət uğrunda mübarizə aparıb.
Finalda Dominikan Respublikası, Venesuela, Filippin və Yeni Zelandiya təmsilçiləri ilə rəqabət aparan Cennifer Barreto sonda birinci seçilib. Beləliklə, o, Puerto-Rikoya müsabiqə tarixində altıncı qələbəsini qazandırıb. Bu, ölkənin son 20 ildə əldə etdiyi ilk belə uğurdur.
Diqqətçəkən məqamlardan biri də Cennifer Barretonun ailəli və ana olmasıdır. Onun Penelopa adlı 7 yaşlı qızı var. Barreto bu titula layiq görülən ilk ailəli ana kimi də yadda qalıb. Qeyd edək ki, Puerto-Riko sonuncu dəfə "Miss Universe" tacını 2006-cı ildə qazanmışdı.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре