https://news.day.az/azerinews/1876958.html
Lotereyadan bir milyon uddu, saxlanıldı
ABŞ-nin Miqrasiya və Gömrük Polisi (ICE) əməkdaşları Massaçusets ştatının lotereyasında bir neçə gün əvvəl 1 milyon dollar udan Salvador vətəndaşı Ariel Antonio Velaskes-Moralesi Bostonda saxlayıblar. Day.Az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Lotereyadan bir milyon uddu, saxlanıldı
ABŞ-nin Miqrasiya və Gömrük Polisi (ICE) əməkdaşları Massaçusets ştatının lotereyasında bir neçə gün əvvəl 1 milyon dollar udan Salvador vətəndaşı Ariel Antonio Velaskes-Moralesi Bostonda saxlayıblar.
Day.Az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Həmin şəxs noyabrın 24-də səhər saatlarında Bostonun Şərqi Boston (East Boston) rayonunda saxlanılıb. Polis əməkdaşları onu həbs etməyə cəhd göstərərkən o, qaçmağa çalışıb, lakin qısa müddət ərzində tutulub.
Velaskes-Morales 2013-cü ildə Texas ştatının Roma şəhəri yaxınlığında ABŞ sərhədini qanunsuz keçib. 2014-cü ilin aprelində onun barəsində deportasiya ilə bağlı yekun qərar çıxarılıb.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре