https://news.day.az/azerinews/1877049.html İki azyaşlı bacının ölümü ilə bağlı TƏBİB-dən açıqlama Noyabrın 7-si saat 09:35 radələrində və noyabrın 22-si saat 06:45 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə ərazisindən çağırış qeydə alınıb. Day.Az xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

İki azyaşlı bacının ölümü ilə bağlı TƏBİB-dən açıqlama

Azərbaycanca, 25 ноября 2026 15:41 (UTC +04:00) 153
İki azyaşlı bacının ölümü ilə bağlı

Noyabrın 7-si saat 09:35 radələrində və noyabrın 22-si saat 06:45 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə ərazisindən çağırış qeydə alınıb. 

Day.Az xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. 

Çağırış ünvanına təcili tibbi yardım briqadaları göndərilib.

Təcili tibbi yardım briqadaları tərəfindən 07.11.2026-cı il tarixində  2015-ci il təvəllüdlü azyaşlının (qadın cinsli), 22.11.2026-cı il tarixində isə 2017-ci il təvəllüdlü azyaşlının (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib. 2015-ci il təvəllüdlü Ülkər Asif qızı Hüseynova 7 noyabr, kiçik bacısı 2017-ci il təvəllüdlü Nuranə isə 23 noyabr tarixində dünyasını dəyişib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости