https://news.day.az/azerinews/1877410.html Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər - FOTO Türkiyənin İğdır şəhərində "İpək Yolunun yenidən dirçəlişi" mövzusunda Beynəlxalq Qafqaz Konqresi keçirilib. Day.Az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər - FOTO

Azərbaycanca, 26 ноября 2026 19:25 (UTC +04:00) 216
Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər

Türkiyənin İğdır şəhərində "İpək Yolunun yenidən dirçəlişi" mövzusunda Beynəlxalq Qafqaz Konqresi keçirilib.

Day.Az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, konqres çərçivəsində Azərbaycanın Qars şəhərindəki Baş konsulu Qoşqar Zeynalov, Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbəri və Ankaranın millət vəkili, professor Kürşad Zorlu, İğdırın keçmiş valisi Mustafa Fırat Taşolar, Naxçıvan Dövlət Universitetinin rektoru, professor Elbrus İsayev, Qarabağ Universitetinin rektoru, professor Şahin Bayramov, Ardahan Universitetinin rektoru, professor Öztürk Emiroğlu, Erzincan Binali Yıldırım Universitetinin dekanı, professor Kerem Karabulut və İğdır Universitetinin müəllimi Arslantürk Akyıldız İğdır Azərbaycan Evini ziyarət ediblər.

İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar qonaqlara Evin yaradılma məqsədi, fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr barədə məlumat verib.

Qeyd olunub ki, İğdır Azərbaycan Evi Türkiyədə yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlərinin, ana dilinin, mədəniyyətinin və tarixi irsinin qorunub saxlanılması və təbliği, soydaşlarımız arasında həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, eləcə də Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin daha da gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.

Qonaqlar Azərbaycan Evinin fəaliyyəti ilə yaxından tanış olub, burada həyata keçirilən təşəbbüslərin diasporumuzun təşkilatlanması, milli kimliyin qorunması və Azərbaycan-Türkiyə ictimai-mədəni əlaqələrinin inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.

  • Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər
  • Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər
  • Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər
  • Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости