https://news.day.az/azerinews/1877649.html Rusiya vətəndaşlarının Azərbaycanda qalma müddəti ilə bağlı xəbərdarlıq edilib Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Rusiya vətəndaşlarını, xüsusilə yetkinlik yaşına çatmayan uşaqların valideynlərini Azərbaycanda qalma müddətinə diqqət yetirməyə çağırıb.

Rusiya vətəndaşlarının Azərbaycanda qalma müddəti ilə bağlı xəbərdarlıq edilib

Azərbaycanca, 27 ноября 2026 16:17 (UTC +04:00) 283
Rusiya vətəndaşlarının Azərbaycanda qalma müddəti ilə bağlı xəbərdarlıq edilib

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Rusiya vətəndaşlarını, xüsusilə yetkinlik yaşına çatmayan uşaqların valideynlərini Azərbaycanda qalma müddətinə diqqət yetirməyə çağırıb.

Day.Az xəbər verir ki, Vüsal Hüseynov sosial şəbəkə hesabında bildirib ki, 2025-ci il yanvarın 1-dən Rusiya vətəndaşlarının Azərbaycanda olma müddəti bir təqvim ili ərzində 90 gün müəyyən edilib. Daha uzun müddət qalmaq və ya ölkədə yaşamaq istəyən şəxslər qanuni əsasları olduqda olma müddətinin uzadılması və ya yaşama icazəsinin alınması üçün DMX-yə müraciət etməlidirlər.

Xidmət rəisinin sözlərinə görə, ölkəni tərk edərkən 90 günlük müddəti başa çatmış şəxslərə bu barədə sərhəd keçid məntəqələrində məlumat verilir. Azərbaycanda qalmaq üçün neçə günün qaldığını DMX-nin saytındakı elektron kalkulyator vasitəsilə də hesablamaq mümkündür.

Hüseynov qeyd edib ki, son aylarda xüsusilə yetkinlik yaşına çatmayan uşaqların Azərbaycanda qalma müddətinin aşılması və şəxsən verilən xəbərdarlıqlara əməl edilməməsi səbəbindən həmin uşaqlar və ailələri ölkəyə yenidən daxil olarkən məhdudiyyətlərlə üzləşirlər.

O, valideynlərə övladlarının Azərbaycanda qalma müddətini izləməyi, sərhəd keçid məntəqələrində verilən xəbərdarlıqları nəzərə almağı və qanuni əsas olduqda müddətin uzadılması üçün vaxtında müraciət etməyi tövsiyə edib.

Ətraflı məlumatı DMX-nin Çağrı Mərkəzindən və rəsmi saytından əldə etmək olar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости