Oxucular kitabın süni intellektdən istifadə edilmədən hazırlandığını necə biləcək? – Təklif
Belçikada fransızdilli nəşriyyatlar süni intellektdən istifadə edilmədən hazırlanan kitabların xüsusi etiketlə fərqləndirilməsini təklif edirlər.
Bu barədə Belçikanın ictimai yayımçısı RTBF məlumat yayıb.
Brüsseldə keçirilən görüşdə nəşriyyatçılar belə bir etiketin oxuculara kitabın hazırlanmasında süni intellektdən istifadə edilib-edilmədiyini müəyyənləşdirməyə imkan verəcəyini bildiriblər.
Qeyd olunub ki, nəşriyyatçılar kitabların redaktəsi, məzmun ardıcıllığının təmin edilməsi, dizaynı, qiymətləndirilməsi, paylanması və hüquqi müdafiəsində mühüm rol oynayırlar.
Bununla belə, kitabın hazırlanmasının hər hansı mərhələsində süni intellektdən istifadə edilib-edilmədiyini müəyyənləşdirmək və etiketin verilməsi şərtlərinə nəzarət etmək çətin ola bilər.
Nəşriyyatçılar süni intellektin yayılması ilə müəlliflərin ənənəvi nəşriyyat evlərinə müraciət etmədən kitablarını nəşr etdirmələrinin artmasından narahatdırlar.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре