Rusiyada ən populyar smartfon hansıdır? - SİYAHI
Day.Az представляет новость на азербайджанском языке
"Samsung Galaxy S7" flaqman smartfonu rusiyalı istifadəçilərin "Google" axtarış şəbəkəsində daha çox məlumat axtardığı cihazların siyahısında ilk yeri tutub.
lent.az "Hi-tech Mail.ru" saytının apardığı araşdırmaya istinadən məlumat verir ki, ikinci yerdə Çinin flaqman "Xiaomi Mi5" smartfonu qərarlaşıb. İlk üçlüyə həmçinin smartfonu kameraya və ya musiqi pleyerinə çevirməyə imkan verən, özünün qeyri-adi konstruksiyası ilə seçilən LG G5 smartfonu da daxil edilib.
Şəbəkədə ən populyar sorğuların onluğuna həmçinin HTC 10, "Asus Zenfone Max", "Huawei P9", "Sony Xperia X", "Meizu Pro 6", "Microsoft Lumia 650 10" və "Apple iPhone SE" kimi cihazlar da düşüblər.
Real istifadəyə gəldikdə, rusiyalı istifadəçilər arasında daha böyük populyarlığa malik smarfon Çin istehsalçısı olan "Xiaomi" şirkətinin "Redmi Note 2" model smartfonudur. Bu smartfon model cihazlar bazarının təxminən 8 faizinə sahib olub.
Bir qədər əvvəl isə "Samsung" şirkəti Rusiyada yeni aksiyaya başlayıb. Bu aksiya çərçivəsində rusiyalılara özlərinin "iPhone"larınə Cənubi Koreya nəhənginin istehsalı olan yeni smartfonlara dəyişmək imkanı təklif edilir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре