Mosulda xəstəxana bombalandı:

Day.Az представляет новость на азербайджанском языке

İraqın Mosul şəhərinin İŞİD terrorçularından təmizlənməsi ilə bağlı əməliyyatda ən çox zərbə alan dinc sakinlərdir.

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, İraq rəhbərliyi, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya və İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin "peşmərgə" birlikləri Mosul əməliyyatında "dinc sakinlərə ziyan dəyməməsi üçün maksimal dərəcədə ehtiyatla davranıldığını" desələr də, bu, yalandır.

Artıq iki gündür ki, Mosul bombardman olunur. Bombardmanda məktəblər, xəstəxanalar, uşaq bağçaları da viran qalır. Mosuldakı hospitallardan birinə fuqas bombasının düşməsi nəticəsində 36 nəfər həlak olub, 102 nəfər yaralanıb. Həlak olanlar və yaralananlar xəstəxananın əməkdaşları ilə pasiyentlərdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.