https://news.day.az/azerinews/864052.html Türkmənlərin qırıldığı yer AŞKARLANDI

Türkmənlərin qırıldığı yer AŞKARLANDI

Azərbaycanca, 30 января 2017 17:28 (UTC +04:00) 1 253
Türkmənlərin qırıldığı yer AŞKARLANDI

Day.Az представляет новость на азербайджанском языке

İraq ordu qüvvələri Mosulun cənubunda İraq türkmənlərinə məxsus kütləvi məzarlıq aşkar edib. 

Day.Az interaz-a istinadən xəbər verir ki, məzarlıqdan 27 meyit tapılıb. 

Polkovnik Tanon əl-Sabavey hadisə ilə bağlı yaydığı bəyanatda bildirib ki, əsasən türkmənlərin yaşadığı əl-Kabbada tapılmış məzarlıqdakı cəsədlər kişilər, gənclər və uşaqlara aiddir. 

"Meyitlərin üzərində zorakılıq əlamətləri müəyyən edilib və onların əksəriyyətinin üzərində şəxsiyyət vəsiqəsi var", - Sabavey əlavə edib. 

İraq ordusu meyitləri Rəşidiyədə yerləşən səhiyyə mərkəzinə aparıb.  

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости