İraq ABŞ vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub

Day.Az представляет новость на азербайджанском языке

İraq ABŞ vətəndaşlarının ölkəyə girişinə müvəqqəti qadağa qoyub. 

APA-nın "ntv.ru" saytına istinadən verdiyi məlumata görə, İraq parlamentində keçirilən səsvermə zamanı millət vəkilləri müvafiq qanun layihəsini dəstəkləyiblər.
 
Qeyd edək ki, bu, Donald Trampın bəzi müsəlman ölkələrinin vətəndaşlarının ABŞ-a girişinə müvəqqəti qadağa qoymasına cavab addım kimi dəyərləndirilir.
 
İraq parlamentinin deputatları BMT və Ərəb Dövlətləri Liqasını Ağ evin yeni administrasiyasının atacağı addımlarla bağlı qəti mövqe sərgiləməyə çağırıblar.  
 
Xatırladaq ki, D. Tramp Suriya, İraq, İran, Liviya, Sudan, Somali və Yəmən vətəndaşlarının 90 gün ərzində ABŞ-a girişinə qadağa qoyub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.