Razılıq əldə olundu - İraqın şimalında müstəqillik elan olunarsa...

Day.Az представляет новость на азербайджанском языке

İraqın şimalındakı kürd muxtariyyatı müstəqillik elan edərsə, Türkiyə, İran və İraq bölgədə ortaq hərbi əməliyyat keçirəcək.

Day.Az report-a istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Həsən Ruhani arasında Tehranda keçirilən görüşdə bununla bağlı razılıq əldə olunub.

Dövlət başçıları iki ölkə arasında ticarət həcminin artırılmasını da razılaşdırıblar.

Məlumata görə, R.T.Ərdoğan və H.Ruhani İraqla Suriyanın ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.