Təqaüdçülər işə çağrılır: Bu elanın reallıq payı nə qədərdir? - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
"Təqaüddə olan xanımları və bəyləri işə dəvət edirik". Day.Az bildirir ki, bu elanı Bakının 20 yanvar və 3-cü mikrorayon dairələrinin ətrafında görmək olur. Sözügedən elanlar işıqdirəklərinə və ağaclara yapışdırılıb. Müəyyən bir vaxtdan sonra yaş öz sözünü dediyindən insanın əmək qabiliyyəti də aşağı düşür. Çox hallarda isə sağlamlıq pensiya yaşından artıq işləməyə imkan vermir.
Təqaüdçülərə təklif olunan işin mahiyyətini öytənmək üçün elanda göstərilən nömrəyə zəng etdik.
Belə məlum olur ki, pensiyaçı dərman və kosmetik vasiələri götürüb qapı-qapı dolaşıb satmalıdır. İşə düzələn təqaüdçüyə vergi ödəyicisi kimi VÖEN açılıb-açılmadığını öyrənmək istədikdə isə sualımız yarımçıq qaldı. Telefon arxasındakı qadın Xəzər TV-dən olduğumuzu öyrəndikdə müsahibə verməkdən boyun qaçırdı.
Maraqlısı budur ki, elanı görən yaşlı nəslin nümayəndələri gözlərinə inana bilmirlər. Bunun qeyri-qanuni olduğunu düşünənlərlə yanaşı "iş insanın cövhəridir" deyənlər də var.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре