ABŞ səfirliyi Türkiyə vətəndaşlarına viza verilməsini bərpa etdi

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın Türkiyədəki səfirliyi Türkiyə vətəndaşlarına viza verilməsini bərpa edib.

Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın bu ölkədəki səfirliyi bildirib.

Vizaların Türkiyə vətəndaşlarına məhdud şəkildə verildiyi bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Türkiyədəki baş konsulluğun əməkdaşının saxlanması səbəbi ilə bu ölkə vətəndaşlarına viza verilməsini dayandırmışdı.

 

Türkiyə hökuməti bu qərarı həmin əməkdaşın Fəthulla Gülən hərəkatı ilə əlaqələri olması ilə izah etmişdi.

Xatırladaq ki, ABŞ-ın bu qərarından sonra öz növbəsində Türkiyə də ABŞ vətəndaşlarına viza verilməsini dayandırmışdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.