Ana azyaşlı qızına marixuana çəkdirib, lentə aldı - FOTO - VİDEO

Day.Az представляет новость на азербайджанском языке
Bu barədə məlumat yayan və bizə çatmasına kömək olan hər kəsə təşəkkür edirik. Qadın saxlanılıb, uşaq isə müayinə olunur.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, bu sözlər ABŞ-ın Karolina ştatının Ralih şəhərinin polis departamentinin yaydığı məlumatda qeyd olunub.
Belə ki, Karolina ştatında azyaşlı övladına marixuana çəkdirib, sonra da videosunu Facebook-a yükləyən qadın saxlanılıb.
Brianna Ashanti Lofton adlı 20 yaşlı qadın qanunsuz hərəkətinə görə həbs olunub. Uşaq isə müayinə və müalicə üçün xəstəxanaya aparılıb.
Qadının tutulmasına səbəb sosial şəbəkədə videonun yayılması və izləyicilərin etirazı olub.
Qadın həbs olunduqdan sonra polis departamenti etiraz bildirənlərə və onlara kömək edənlərə təşəkkür edib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре