Polşanın Lodz şəhərində mühəndis Stefan Skjıvana həsr olunmuş barelyefin açılışı olub - FOTO
18 iyun 2014-cü il tarixində Polşanın Lodz şəhərində XX əsrin əvvəllərində Bakı su kəmər tikintisinin baş mühəndisi olmuş əslən polyak Stefan Skjıvanın xatirəsinə həsr olunmuş barelyefin açılışı olmuşdur. Barelyef Azərsu ASC-nin rəhbərliyinin sifarişi əsasında AR xalq rəssamı Salhab Məmmədov və əməkdar rəssam Əli İbadullayev tərəfindən hazırlanmışdır. Tədbirdə Lodz şəhərinin meri Hanna Zdanovska, Azərsu ASC-nin vitse-prezidenti Teyyub Cabbarov, AR-in Polşadakı Səfiri Həsən Həsənov, Lodz Universitetinin rektoru Vlodzimierj Nıkel və Polşa Senatının senatoru Rışard Bonislavski çıxış etmişdirlər.
Şəhər meri çıxışında Azərbaycan tərəfinin S.Skjıvanın xatirəsini yad etdiyini görə təşəkkürünü bildirmiş, Azərbaycanda gedən inkişafı və yenidən qurma ilə tanış olduğunu və ölkənin daha da inkişaf etməsini arzuladığını bildirmişdir.
Azərsu ASC-nin vitse-prezidenti T.Cabbarov çıxışında ilk əvvəl S.Skjıvanın xatirəsini yad etmiş və hazırda Azərbaycanda su kəmərləri tikintisinin inkişafı, AR Prezidentinin ölkənin hər bir bölgəsinin su təminatına göstərdiyi qayğı və diqqətdən danışmış və Azərbaycan ərazisinin su təminatı haqda məlumat vermişdir.
Səfir Həsən Həsənov Lodz şəhərinin merinə və Azərsu ASC-nin rəhbərliyinə Stefan Skjıvana həsr olunmuş barelyefin ərsəyə gəlməsində verdikləri dəstəyə görə təşəkkür etmişdir. Bildirilmişdir ki, barelyef Azərbaycan və Polşa xalqlarının dostluğunun təcəssümüdür.
Professor Vlodzimierj Nıkyel Lodz universitetinin əsas binasında barelyefin qurulmasının qurur verici olduğunu qeyd etmişdir. Lodz şəhərinin mərkəzində yerləşən universitetin əsas binasının tanınmış mühəndis Stefan Skjıvan tərəfindən inşa etdirildiyi və barelyefin qurulması üçün ən münasib yer olduğu vurğulamışdır. Lodz universitetinin rektoru professor V. Nıkyel əvəzolunmaz hədiyyəyə görə minnətdarlığını bildirmişdir.
Polşa senatının senatoru cənab Rışard Bonislavski çıxışında mühəndis Stefan Skjıvanın Bakı və Lodzun inkişafına verdiyi töhfədən danışmışdır. Senator Bonislavski tarixdə Azərbaycan və Polşa xalqlarının dostluq əlaqələrini güclənməsinə səbəb olan insanların yaddaşlarda yaşaması üçün oxşar tədbirlərin keçirilməsinin vacib olduğunu vurğulamışdır.
Açılış Lodz əhalisinin marağına səbəb olmuş və yuxarıda adları çəkilən şəxslərlə yanaşı, açılışda şəhər ictimaiyyəti, yerli medianın nümayəndələri, müəllim və tələbələr iştirak etmişdirlər.
Böyütmək üçün şəkillərə klikləyin.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре