Qurbanlıq heyvanlar satılacaq yarmarkaların SİYAHISI

Day.Az представляет новость на азербайджанском языке.

Bakıda qurbanlıq heyvanların satışının təşkil ediləcəyi yarmarkaların ünvanları məlum olub.

Publika.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Qurban bayramı günlərində (24-27 sentyabr 2015-ci il tarixlərində) Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə qurbanlıq heyvanların satışı və müasir standartlara uyğun kəsimi təşkil ediləcək.

Qurbanlıq heyvanların satış və kəsim məntəqələrinin ünvanları aşağıdakılardır:

№ Yarmarkanın təşkil edildiyi rayon və ünvan

1 Sabunçu Sabunçu qəsəbəsi, Şəhər şossesi, "ABU" yanacaqdoldurma məntəqəsinin yanı

2 Zabrat - Maştağa yolunun sol tərəfi, Olimpiya İdman Kompleksinin yanı

3 Nərimanov Əlyar Əliyev küç., 26 (Keşlə bazarının yanı)

4 Xətai Cavanşir küç. 7, Nevrocərrahiyyə xəstəxanasının arxası

5 Mehmandarov küç. 72, Elektrik yarımstansiyasının yaxınlığında

6 Suraxanı Əmircan qəsəbəsi, Malik Mustafayev küç., "Neftçi" stadionunun yanı

7 Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küç., 114 saylı evin yanında

8 Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küç., Tikiş sexinin yanı

9 Hövsan qəsəbəsi, Oqtay Şabanov küç., "Maral" fiqurunun yanı

10 Səbail Bibiheybət yolu, qoşa Yanacaq Doldurma Məntəqəsinin yanı

11 20-ci sahə dairəsi, Ticarət cərgəsinin arxasında boş sahə

12 Yasamal Şərifzadə küç., 196 ("İdeal" şadlıq sarayının həyəti)

13 Binəqədi 8 - ci mkr., C. Xəndan və Atatürk prospekti kəsişməsində yerləşən ət bazarı

14 Rəsulzadə qəsəbəsi, Binəqədi soşesi ilə Baksol yolunun kəsişməsi

15 Biləcəri qəsəbəsi, T. Yaqubov 12A,

16 Binəqədi qəsəbəsi, 3 - cü mədən, korpus 78, Qəsəbə mərkəzi

17 Nizami R. Rüstəmov ilə M. Əliyev küçələrinin kəsişməsində ("Millord" restoranının yanı)

18 Xəzər Binə qəsəbəsi, Əliağa Vahid küç. 9 (yolun solu)

19 Qala qəsəbəsi, Dəmiryolçular küç. 41, (Qala Bələdiyyəsinin inzibati binasının qarşısı)

20 Mərdəkan qəsəbəsi, Yesenin küç., döngə 3

21 Qaradağ Lökbatan qəsəbəsi, "Meyvəli" bazarının yanı

22 Sahil qəsəbəsi, Mədəniyyət evinin yanı

23 Aqrovest MMC-nin qarşısı