Xəstəliyə görə evlənməkdən imtina etdilər - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
İndiyə qədər 139 min 700 nəfər müayinədən keçib ki, onlar arasında ən çox talassemiya daşıyıcılığı aşkarlanıb
Bu il ərzində nikahdan əvvəl məcburi tibbi müayinədən keçənlərin sayı açıqlanıb.
İndiyə qədər 139 min 700 nəfər müayinədən keçib ki, onlar arasında ən çox talassemiya daşıyıcılığı aşkarlanıb. Hətta elə cütlüklər var ki, onların hər ikisində xəstəlik aşkarlansa da, nikahdan imtina etməyiblər.
Nikahdan əvvəl icbari tibbi müayinədə məqsəd sağlam uşaqların dünayaya gəlməsi olsa da, bir çoxları sırf məcburi olduğu üçün bu prosesdə iştirak edir.
Elmi Tədqiqat, Hemotologiya və Tranfuziologiya İnstitutun direktoru Zöhrə Əlimirzəyeva bildirib ki, il ərzində icbari müayinələr zamanı 458 nəfərdə sifilis, 85 nəfərdə isə QİÇS aşkar olunub. Hətta müayinələr nəticəsində nikahdan imtina edən cütlüklər də olub.
Zöhrə Əlirzayeva deyir ki, artıq nişanlanmadan öncə müayinədən keçənlərin sayında da artım var.
Day.Az "Xəzər Xəbər"-ə istinadən mövzu ilə bağlı daha ətraflı material təqdim edir:
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре