Azərbaycanlı müğənni ABŞ-a köçdü?

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Sevinc Ağaşirinova bir müddətdir ki, mediadan uzaq durub. O, sosial şəbəkələrdə Amerika Birləşmiş Ştatlarının görməli yerlərindən şəkillər paylaşır. Bəzi izləyiciləri müğənniyə şərhlərdə "Amerikaya köçübsüz?", "Şou-biznesdən ayrılmısınız?" kimi suallar verirlər. Milli.Az məsələni aydınlaşdırmaq üçün müğənninin özü ilə əlaqə saxlayıb, dəqiqləşdirdi.

"Azərbaycanı heç bir ölkəyə dəyişmərəm. Xeyr, ABŞ-a köçməmişəm. ABŞ-ın turizm baxımından gözəl bir olduğunu çox eşitmişdim. Və mən də buraya istirahət etmək və ingilis dilini daha yaxşı öyrənmək üçün gəlmişəm. İnşallah, yaxın günlərdə vətənimə geri qayıdacam". 

Müğənni yaradıcılığından bəhs edib.

"Qayıdan kimi yeni mahnılar üzərində çalışacam. Xarici ölkəyə getməyimə baxmayaraq əmakdaşlığımı yerli bəstəkarlarla edib mahnılarını ifa edəcəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.