Bakıda avtomobil yolu keçən qızı belə vurdu - VİDEO
Day.Az представляет новость на азербайджанском языке.
Bakıda piyada zolağından istifadə etməklə yolu keçmək istəyən gənc qızı avtomobil vurub.
Milli.Az report xəbər verir ki, hadisə avqustun 13-də günorta saatlarında paytaxtın Xətai rayonu ərazisindəkiAfiyəddin Cəlilov küçəsində baş verib.
Belə ki, gənc qadın piyadalar üçün nəzərdə tutulan zolaqdan istifadə etməklə yolu keçmək istəyərkən sürətlə gələn "Mercedes-Y" markalı 90-KM-306 dövlət nömrə nişanlı avtomobil onu vurub. Piyada aldığı zərbədən yerə yıxılıb və ayağa qalxa bilməyib.
Piyadanı vuran avtomobilin sürücüsü və yaxınlıqda olan insanlar zərərçəkmişə yardım ediblər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре