Qafqaz Universitetində “Sənətdə multikulturalizm” mövzusunda sərgisi keçirilib - FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке
Dekabrın 20-də Qafqaz Universitetində "Sənətdə multikulturalizm" mövzusunda hüsn-xətt sərgisi keçirilib.
Day.Az xəbər verir ki, sərgi universitetin "Azərbaycan multikulturalizmi" elm-tədris mərkəzi ilə Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin əməkdaşlığı çərçivəsində təşkil edilib.
Tədbirdə məşhur misirli xəttat Əşrəf Əhməd Übeydin 20 ərəb kalliqrafiyasını əks etdirən sənət əsərləri nümayiş olunub.
Həmçinin sərgi çərçivəsində "Multikulturalizmin reallaşdırılmasında dillərin rolu" mövzusunda seminar keçirilib.
Seminarda Misirin Qahirə Universitetinin "Darul-ulum" fakültəsinin professoru Əhməd İbrahim Dərviş çıxış edib. Azərbaycanı Qafqazın cənnəti adlandıran misirli qonaq buradakı multikulturalizmin digər ölkələrə nümunə ola biləcəyini vurğulayıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре