Xalq artistindən möhtəşəm gecə
Day.Az представляет новость на азербайджанском языке
Xalq artisti Faiq Ağayev konsert verib.
Day.Az axar.az-a istinadən bildirir ki, Faiq Ağayevin Heydər Əliyev sarayında "F.A made in Azərbaycan" konserti baş tutub. Səhnəyə çıxan müğənni eyni zamanda bu gün 45 illik yubileyini də qeyd etdiyini bildirib:
"Göz aparmaq üçün deyirəm. Bu gün 45 yaşım tamam oldu. Bu qaçaqaçda gəldiyiniz üçün hər birinizə minnətdaram".
Konsertdə eksküliziv olaraq xalq artisti haqda "ATV maqazin onlarla" verilişinin hazırladığı reportaj da yayımlanıb.
Qeyd edək ki, Faiq Ağayev 4 ildən sonra Heydər Əliyev sarayında solo konsertlə çıxış edib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре