Yeni il axşamı söyüş üstündə qan töküldü

Day.Az представляет новость на азербайджанском языке

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Bakı şəhər sakini Əlimurad Məmmədov rayon ərazisində Yeni il axşamı bıçaqlanıb.
 
Əlimurad Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
 
20-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Toğrul Şirvani saxlanılıb.
 
Hadisənin söyüş üstündə baş verdiyi bildirilir.
 
Faktla bağlı cinayət işi başlanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.