İcra Hakimiyyətinin şöbə müdiri istintaqa cəlb edildi
Day.Az представляет новость на азербайджанском языке.
Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) Təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov istintaqa cəlb edilib.
"Report" xəbər verir ki, Ə.Rəcəbov rayon ərazisində Azadlıq prospekti 200/36 ünvanında baş verən yanğın hadisəsi ilə bağlı dindirilib. Binəqədi Rayon İcra Hakimiyyəti faktı təsdiqləyib. "Lakin Ədalət Rəcəbovun həbs edilməsi ilə bağlı məlumatlar düzgün deyil", - RİH-dən bildirilib.
Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğın nəticəsində 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb və ya zəhərlənib.
Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci - ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılmış, eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре