"Qarabağ"dan ardıcıl 5-ci qələbə

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.

Milli.Az matc.az-a istinadən bildirir ki, sonuncu oyun günündə bir qarşılaşma keçirilib. 

Son çempion və lider "Qarabağ" turun qapanış matçında "Zirə"nin qonağı olub. Ağdam klubu itkisiz çıxışının davamını gətirməyi hədəfləmişdi. Zirəlilər isə bu oyunda qalib gəlməklə ikinci pilləyə yüksələ bilərdi. Amma Qurban Qurbanovun yetirmələri bu oyunda da inamlı qələbəyə sevinib. "Qarabağ" ölkə çempionatında ardıcıl 5-cı qələbəsini qazanıb və xalını 15-ə çatdırıb. 

Xatırladaq ki, turun digər oyunlarında "Sumqayıt" - "Sabah"a qalib gəlibsə (1:0), "Səbail" - "Qəbələ" (1:1) və "Neftçi" - "Keşlə" (0:0) görüşləri heç-heçə yekunlaşıb.
 
Azərbaycan Premyer Liqası
V tur
23 sentyabr
 
"Zirə" - "Qarabağ" 1:3
Qol: X.S.Rodriqes, 88 - M.Qeye, 12. X.Romero, 41. A.Papazoqlu, 44-öz qapısına.
Zirə İdman Kompleksinin stadionu. Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Səbuhi Bayramov.
 
Zirə: 28. Boyan Zoqoviç, 14. Bəxtiyar Həsənalızadə, 7. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 10. Elvin Məmmədov, 18. Xulio Sezar Rodriqes, 48. Şafik Tiqrudja, 25. Miloş  Bakraç, 5. Anastasios Papazoqlu, 6. Alvaro Ampuero, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 88. Tellur Mütəllimov, 17. Robin Nqalande, 11. Soni Norde, 77. Cəlal Hüseynov.
Baş məşqçi: Samir Abasov.

Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 17. Abdullah Zubir, 9. Xayme Romero, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 8. Markos Madera, 6. Simeon Slavçev, 3. Ailton Silva, 21. Hacıağa Hacılı, 24. Nihad Tamazov, 71. Toral Bayramov, 29. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.

N Klublar     O Q H M T-F X

1 Qarabağ   5 5 0 0 13-1 15

2 Səbail       5 3 1 1 7-6  10

3 Keşlə       5 2 1 2 6-3   7

4 Zirə          5 2 1 2 5-6   7

 

5 Sumqayıt 5 2 0 3 5-7   6

6 Neftçi       5 1 2 2 3-5   5

7 Qəbələ     5 1 1 3 2-10 4

8 Sabah      5 0 2 3 2-5   2

Bombardirlər:

İsmayıl İbrahimli ("Qarabağ") - 3 qol
Mehdi Şərifi ("Sumqayıt") - 3 qol
Lorenzo Frutos ("Keşlə") - 3 qol
Mirabdulla Abbasov ("Səbail") - 3 qol
Ağabala Ramazanov ("Səbail") - 2 qol
Mahir Emreli ("Qarabağ") - 2 qol
Abdullah Zubir ("Qarabağ") - 2 qol