İran xarici işlər naziri ilə Naxçıvan Ali Məclisinin sədri arasında görüş keçirilir

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla burada səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında görüş keçirilir.

Trend-in məlumatına görə, görüşdə Naxçıvan MR-nın tranzit imkanları və əməkdaşlıqlar haqqında danışıqlar aparılacaq.

Qeyd edək ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif regional səfər çərçivəsində Azərbaycan, Rusiya, Ermənistan, Gürcüstan və Türkiyəyə səfər edib.