Ağdamda quruculuq davam edir

Bu gün çox əlamətdar bir gündür. Bu gün Ağdam sakinlərinin ilk səfəri təşkil olunub. Bu səfər hazırda bu an başladı. Qonaqlarımız indi Ağdamın baş planı ilə tanış olurlar.

Bunu Trend-ə açıqlamasında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

E.Hüseynov bildirib ki, Ağdamda genişmiqyaslı işlər keçirilir:

"Ağdamın planının hazırlanması üzrə işlərə dərhal başlanılıb. Bilirsiniz ki, 28 may 2021-ci ildə Prezident İlham Əliyev Ağdama səfərində həmin baş planın tərtib olunmasında və ictimaiyyətə təqdim olunmasında iştirak edib. Şəhərin təməlqoymasında iştirak edib. Bütün bu proseslər fonunda ümumi baza infrastrukturu, quruculuq davam edir.

Təəssüflər olsun ki, Ağdam rayonu partlamamış hərbi sursat və minalarla ən çox çirklənmiş ərazidir. Bizim işimizdə çox çətinliklər yaradır. Ona baxmayaraq, işlər çox sürətlə gedir.

Biz bu səfəri Böyük Qayıdışın bir hissəsi kimi görürük. Məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıdana qədər bu səfərlər davam edəcək".